Fikrət Doluxanov vəzifəsindən getdi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.
"Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat - yoldur", - deyə o bildirib.
Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.