Fındığı döyülmüş, qovrulmuş şəkildə yesəniz
Fındığı döyülmüş, qovrulmuş şəkildə yesəniz, 1 həftə sonra orqanizminizdə və dərinizdə baş verənlərə həkimlər belə inanmayacaq.

Fındığı döyülmüş, qovrulmuş şəkildə yesəniz, 1 həftə sonra orqanizminizdə və dərinizdə baş verənlərə həkimlər belə inanmayacaq.
Qan təzyiqini tarazlayır, oynaq ağrılarını kəsən fındıq enerji verir, cinsi gücü artırır.
Fiziki və zehni yorğunluğu aradan qaldıran fındıq, cinsi problemi olanlara da çox faydalıdır.
Döyülmüş şəkildə yeyiləndə öskürəyi kəsən fındıq, enerji verib, cütlüklərin üzünü güldürür.
SaqlamHeyat.az xarici mətbuata istinadən fındığın inanılmaz faydalarını təqdim edir.
Qan təzyiqini tarazlayır.
Sümük və oynaqlara faydalıdır, oynaq ağrılarını, revmatizmanı azaldır.
Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərin, qalın bağırsaq xəstəliklərinin, qəbizliyin qarşısını alır. Serum lipid səviyyəsini və qanda olan şəkəri salır.
Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir.
Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəliklərinin yaranmasının qarşısını alır. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır. O, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.
Fındıq qanazlığına, sümüklərin inkişafına kömək edir. Fındığın daha bir faydası isə onun yağındadır. Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir. Həm də böyrək ağrılarına da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.
Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.