Fotoşopla incə görünmək istədi - gülüş doğurdu - VİDEO

Müğənni İradə Mehri arıq görünmək və daha incə belli olmaq istəyərkən xoşagəlməz vəziyyətlə üzləşib.

Fotoşopla incə görünmək istədi - gülüş doğurdu - VİDEO
Müğənni İradə Mehri arıq görünmək və daha incə belli olmaq istəyərkən xoşagəlməz vəziyyətlə üzləşib.

meqale.com xəbər verir ki, sosial şəbəkədə paylaşdığı görüntülərin birində istifadə etdiyi redaktə proqramı düzgün işləmədiyindən, bədəninin müxtəlif nahiyələri təhrif olunmuş formada görünüb. Bu isə müğənninin bədən quruluşunu təbii gözəllikdən uzaq, eybəcər hala salıb.

İzləyicilər həmin görüntüləri fərq edərək, videoya müxtəlif şərhlər yazıblar. Bəziləri müğənnini tənqid edib, bəziləri isə bunu sadəcə uğursuz redaktə kimi qiymətləndiriblər.

Qeyd edək ki, son zamanlar bir çox məşhurun sosial şəbəkədə ideal görünmək üçün proqramlardan istifadə etməsi və nəticədə oxşar xoşagəlməz hallarla gündəmə gəlməsi adi hal alıb.