Fransa bizi asılı vəziyyətdə saxlayır - Kliff Loussan

Fransa bilərəkdən bizim ərazimizi nəzarətdə saxlayaraq turistlərin gəlməsinə çətinlik yaradır.

Fransa bizi asılı vəziyyətdə saxlayır - Kliff Loussan
Fransa bilərəkdən bizim ərazimizi nəzarətdə saxlayaraq turistlərin gəlməsinə çətinlik yaradır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Fransız Polineziyası Assambleyasının Turizm və Mədəniyyət işləri üzrə komissiyasının katibi Kliff Loussan Milli Məclisdə "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilmiş konfransda deyib.

O qeyd edib ki, Fransanı bu siyasəti Polineziyanın iqtisadiyyatının inkişafının qarşısını alır.

"Fransa bizi asılı vəziyyətdə saxlayır. Fransa miqrasiya məhdudiyyətləri qoyur ki, bu da turizmə mənfi təsir göstərir. Gələn turistlərə vizaların verilməsinə də maneçilik törədir. Fransa deyir ki, Polineziya Fransadır. Fransa Polineziyanın azadlığa doğru getməsini istəmir, bizim iqtisadiyyatımızın inkişafına maneə olur. Bu gün biz əmin olmalıyıq ki, bizim səsimiz bütün cəmiyyətlər tərəfindən eşidiləcək", - deyə o əlavə edib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun