Fransa bizimlə dialoqu rədd edir - Qvadelupanın nümayəndəsi
Biz istəyirik ki, müstəmləkəçiliyə sakit şəkildə son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Fransanı yalnız öz maraqları düşündürür.
"Bir sıra ölkələrdə Fransa müstəmləkəçiliyinə son qoyulsa da, hələ də orada Fransa təsirləri özünü göstərir",- deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.