Fransa hərbçiləri hədəfimiz olacaq - Rusiya
Paris yadda saxlamalıdır ki, Ukraynaya göndərilən hərbi qüvvələr Moskva üçün prioritet hədəf olacaq.
meqale.com axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
"Qərb artıq Ukraynanı uçurumun astanasına gətirib və Rusiyanı strateji məğlubiyyətə uğrada bilmədiyi üçün təlaşa düşməyə başlayıb", - Nebenzya bildirib.