Fransa ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verdi - FOTO

Fransa ötən il tədarükünü elan etdiyi ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verib.

Fransa ilk
Fransa ötən il tədarükünü elan etdiyi ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu "X" hesabında paylaşım edib.

Lekornyu qeyd edib ki, 2024-cü il iyunun 6-da Emmanuel Makron Fransanın "Mirage 2000" təyyarələrinin Ukraynaya tədarükü barədə elan etmişdi.

"Bu təyyarələrdən birinciləri bu gün (6 fevral - red) Ukraynaya çatıb. Bu təyyarələrin göyərtəsində uzun aylar Fransada təlim keçən ukraynalı pilotlar var və indi onlar Ukrayna səmasının müdafiəsinə qoşulacaqlar", - deyə nazir qeyd edib.

O, Ukraynaya neçə təyyarənin gəldiyi barədə dəqiq məlumat verməyib.

Daha əvvəl Sebastyen Lekornu bildirmişdi ki, Ukraynaya qırıcıların çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır.