Fransa komandosları Ukraynaya göndərir? - Monde
Fransa Rusiya Federasiyasını "strateji dilemma" qarşısında qoymaq üçün xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədini keçməsinə icazə verməyi nəzərdən keçirir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Monde" qəzeti mənbələrə istinadən yazıb.
Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb.
Buna baxmayaraq, Makron sözlərinin "ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş" olduğunu xüsusi vurğulayıb.