Fransa ordusu ermənilərə döyüş kursları keçəcək
Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Fransanın "Le Figaro" nəşri yazıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında iki ölkə hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Memoranduma 3 ədəd Fransa istehsalı "Ground Master" radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.