Fransa polisi Qvadelupada üç dinc nümayişçini yaralayıb

Fransa polisi Qvadelupada dinc nümayişlər zamanı 3 qadını yaralayıb.

Fransa polisi Qvadelupada üç dinc nümayişçini yaralayıb

Meqale.com xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin nümayəndəsi Jan-Kakob Bisep məlumat verib.

“Fransız müstəmləkə qüvvələri Qvadelupada dinc nümayişçilərə hücum edir, nəticədə 3 qadın yaralanıb”, - Bisep “X” sosial şəbəkəsində yazıb və Fransa hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətlərini sübut edən foto paylaşıb.