Fransa qoşunlarını Nigerdən çıxaracaq

Fransa oktyabrın 9-dan qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

Fransa qoşunlarını Nigerdən çıxaracaq
Fransa oktyabrın 9-dan qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, komandalıq Fransa silahlı qüvvələrinin Nigerdən kənarda müvəqqəti yerləşdiriləcək yerini də müəyyən edib.

Hərbçilər Fransanın Saheldəki qüvvələrinin qərargahının olduğu qonşu Çada yerləşdiriləcək.