Fransa vətəndaşlarına çağırış etdi: Bu ölkələrə getməyin...
Fransa vətəndaşlarına yaxın günlərdə İsrailə, o cümlədən İran, Livan və Fələstin ərazilərinə səyahətləri tamamilə dayandırmağı tövsiyə edib.
meqale.com axar.az-a istinadən bildirir ki, Fransa Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, İranın Dəməşqdə SEPAH hərbçilərinin öldürülməsinə görə İsraildən qisas alacağı ilə bağlı təhdidləri fonunda eskalasiya təhlükəsi var.