Fransa XİN başçısından Xankəndindəki partlayışa reaksiya - FOTO

Fransanın XİN başçısı Katrin Kolonna şəxsi hesabında Xankəndindəki partlayışa reaksiyası ilə diqqət çəkib.

Fransa XİN başçısından Xankəndindəki partlayışa reaksiya - FOTO
Fransanın XİN başçısı Katrin Kolonna şəxsi hesabında Xankəndindəki partlayışa reaksiyası ilə diqqət çəkib.

meqale.com bildirir ki, onun statusunda qeyd olunub:

"Xankəndi yaxınlığındakı yanacaq anbarında baş vermiş yanğından zərər çəkənlərə Fransa yardım etməyə və fövqəladə resursları yollamağa hazırdır. Azərbaycan humanitar yardım üçün dərhal, təcili imkanlar yaratmalıdır".

Bu qadın hələ də anlamır ki, Bakı ilə vadaretmə, hədə tonunda danışmaq olmaz.

Xankəndindəki partlayışa və yanğına gəldikdə isə, Bakı qarabağlı ermənilərə artıq ilkin yardım yollayıb, yollamağa da davam edəcək.

Ümumiyyətlə isə, bu yanğın təsadüfi olay deyil. Ermənilərin fəlakət və faciə situasiyası yaratmaq, Ermənistandan Xankəndinə avtomobil axınını təmin etmək üçün bu yola əl atmaları istisna deyil.

Katrin Kolonna isə saxta şəfqət və humanizm nümayiş etdirməklə Fransanın gerçək məqsədlərini pərdələyə bilməz.