Fransa yığmasından getdi
Fransa yığmasının forvardı Olivye Jiru milli komandadakı karyerasını başa vurub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.
O, ötən gecə AÇ-2024-ün yarımfinalında İspaniyaya 1:2 uduzduqları görüşdə sonuncu dəfə meydana çıxdığını açıqlayıb.
Qeyd edək ki, Olivye Jiru milli komandada 137 oyun keçirib və 57 qol vurub.