Fransada daha bir biabırçılıq - "Kişiyə oxşayır, heç gözəl deyil..." - FOTO
Fransada keçirilən gözəllik müsabiqəsi qalmaqal doğurub.
meqale.com xarici mətbuata istinadla bildirir ki, qısasaçlı qadının Miss Fransa seçilməsi birmənalı qarşılanmayıb.
Fransanın şimalındakı Nord-Pas-de-Calaisda yaşayan 20 yaşlı Eve Gilles 7 milyondan çox tamaşaçının qarşısında mükafatlandırılıb. Ona tacı sələfi Indira Ampiot taxıb.
Müsabiqənin qalibi olan Evenin saçlarının qısa olması sərt tənqid olunub. Şərhlərdə onun kişiyə oxşadığı qeyd olunub.
Qeyd edək ki, 103-dən çox yaşı olan müsabiqədə indiyədək belə bir hal yaşanmayıb.