Fransada daxili problemlərin həlli liderlik tələb edir, bu isə Makronda yoxdur - Amerikalı analitik
Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində əslən Əlcəzairdən olan 17 yaşlı gəncin qətlindən sonra etirazlar səngimək bilmir. Bu qətl hadisəsi fransız cəmiyyətində şok yaradıb.
Gənci güllələyən polis həbs olunsa da, baş verən hadisə kütləvi iğtişaşlara gətirib çıxarıb. Parisdə polislə toqquşmalar olub, barrikadalar qurulub, avtomobillərə od vurulub. İğtişaşlar Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə qarşıdurmalar baş verib.
Cümə axşamı amerikalı analitik İrina Tsukerman Trend-ə bildirib ki, Fransada kütləvi itaətsizlik halları yeni söhbət deyil.
"Bu ölkənin bütün tarixi boyu ictimaiyyətin bir hissəsinin narazılığına səbəb olan və etirazlarla nəticələnən məsələlər olub. Hətta bunun üçün əsaslı səbəb olsa da, Avropa institutları Fransadakı daxili iğtişaşları görməzdən gəlməyə meyllidir. Bundan başqa, xüsusən ikinci nəsil Şimali Afrika icmalarının iştirakı ilə iğtişaşlar baş verib. İğtişaşlar hətta zorakılıq üçün səbəb olmadığı halda avtomobillərə od vurulması və barrikadaların qurulması ilə müşayiət olunub ki, bu da qərb institutları tərəfindən apatiyaya səbəb olub", - o deyib.
Tsukerman qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron bu zorakılıq hallarının öhdəsindən gələ və polis tərəfindən irqçilik təzahürlərinin aradan qaldırılmasına nail ola bilməyib
"Bu iğtişaşlar müntəzəm xarakter alıb və Fransadakı daxili problemləri əks etdirir. Bu cür hallar sosial gərginliyin artmasına gətirib çıxarır. Makron belə olduqda polisin arxasında gizlənməli deyil, o icma rəhbərliyi ilə görüşərək gələcək mübahisələrin tənzimlənməsinə yanaşmanın hazırlanması üçün təhlükəsiz və dinc mühiti təmin etməlidir. Lakin bunun üçün liderlik lazımdır, bu isə Makronda yoxdur" - deyə amerikalı analitik əlavə edib.
Irina Tsukerman TREND