Fransada iki qırıcı təyyarə qəzaya uğradı
Fransanın şimal-şərq hissəsində Hərbi Hava Qüvvələrinə məxsus "Mirage" markalı iki qırıcı təyyarə qəzaya uğrayıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "L'Est Republican" nəşri internet səhifəsində məlumat verib.
Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahından verilən məlumatda deyilir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.