Meksikada təyyarə qəzaya düşdü
Meksikanın Verakruz Beynəlxalq Hava Limanından havaya qalxan kiçik "Cessna 650" təyyarəsi az sonra Meksika körfəzi üzərində itib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, ərazinin yaxınlığında olan şəxslər təyyarənin dənizə düşdüyü barədə hava limanının rəhbərliyinə məlumat veriblər.
Təyyarədə olan 2 pilot və 1 sərnişinin itkin düşdüyü bildirilib.
Axtarış-xilasetmə işləri davam edir.