Fransada növbədənkənar parlament seçkiləri keçirilir
Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir.
meqale.com APA-ya istinadən bildirir ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici 5 il müddətinə onları Milli Məclisdə təmsil edəcək 577 deputatı seçmək üçün səsverməyə gedir.
Səsvermə Fransada yerli vaxtla saat 08.00-da başlayacaq və saat 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə səsvermə saat 20:00-a qədər davam edəcək.
4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək. Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiyalar və ya ittifaqlar 289 deputata çatmalıdır.