Fransanın bir il ərzində Ermənistana göndərdiyi yardımın məbləği 29 milyon avronu ötüb
Fransa Ermənistana 29 milyon avro dəyərində humanitar yardım göstərib.
meqale.com report.az-a istinadən xəbər verir ki, bunu Avropa və Xarici İşlər Naziri Stefan Sejurne Fransada səfərdə olan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü zamanı bildirib.
Görüşdə Sejurne Fransanın 2023-cü ildə Ermənistana 29 milyon avro məbləğində yardım etdiyini bildirib və humanitar dəstəyin bundan sonra davam etdirəcəklərini vurğulayıb.