Fransanın keçmiş Baş naziri Ermənistandakı vəzifəsindən istefa verdi
Fransanın keçmiş Baş naziri Dominik de Vilpen Ermənistan Milli Maraqlar Fondunun Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın qərarına əsasən, Dominik de Vilpeni bu vəzifədə Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan əvəz edib.
Məlumata görə, şuranın maliyyə məsələləri üzrə italiyalı müşaviri İsidoro Luçiola, eləcə də sərmayə komitəsinin başçısı, fransalı İT sərmayəçisi Xaled Eliui də istefa verib.