Fransanın xarici borcu 800 milyard avroya çatdı
Fransanın xarici borcu 800 milyard avroya və ya ÜDM-in 28 faizinə çatıb. Halbuki bu rəqəm 2022-ci ildə ÜDM-in 24,8 faizinə bərabər idi.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Fransa Bankının direktoru Fransua Vilerua dö Qalonun açıqlamasında deyilir.
Direktor xarici borcun bu cür pisləşməsini Fransa iqtisadiyyatının zəif tərəflərinin əks olunması kimi ifadə edib.
O, dövlət kəsiri ilə xarici ticarət arasında korrelyasiya olduğunu vurğulayıb və hökuməti rəqabət qabiliyyətini artırmaq üçün səyləri ikiqat artırmağa çağırıb.