Fransızlar hakimiyyətdə hansı partiyanı görmək istəyirlər?
Fransada sorğu keçirilib. Sorğuda iştirak edən fransızların yarısı ölkə parlamentinə seçkilərdə Marin Le Penin "Milli Vəhdət" partiyasının qalib gəlməsini istəyir.
meqale.com oxuya istinadən xəbər verir ki, bu, LCI televiziya kanalı, Figaro qəzeti və Sud Radio stansiyası üçün IFOP tədqiqatının nəticələrindən irəli gəlir.
Araşdırmanın nəticələrinə görə, hər ikinci respondent "Milli Vəhdət"in Fransa parlamentində mütləq çoxluğu əldə etməsini istəyir.
Sorğu iştirakçılarının 47%-i Le Penin partiyasının uğuruna əmindir, vətəndaşların daha 43%-i onu xalqa Yeni "Xalq Cəbhəsi"nin nümayəndələrindən daha yaxın hesab edir.