Futbol tarixinin ən yaxşı afrikalı oyunçuları - ADLAR
Britaniyanın "FourFourTwo" futbol jurnalı Afrika Millətlər Kuboku öncəsi tarixin ən yaxşı afrikalı futbolçularının siyahısını dərc edib.
meqale.com lente istinadən bildirir ki, bu reytinqə "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah liderlik edir. İlk "3-lük"də həmçinin iki keçmiş hücumçu var - Corc Vea və Samuel Eto'O.
Siyahı belədir:
1. Məhəmməd Salah (hücumçu, Misir).
2. Corc Vea (hücumçu, Liberiya).
3. Samuel Eto'O (hücumçu, Kamerun).
4. Didye Droqba (hücumçu, Fil Dişi Sahili).
5. Yaya Ture (yarımmüdafiəçi, Fil Dişi Sahili).
6. Sadio Mane (hücumçu, Seneqal).
7. Riyad Mahrez (hücumçu, Əlcəzair).
8. Abedi Pele (yarımmüdafiəçi, Qana).
9. Maykl Essyen (yarımmüdafiəçi, Qana).
10. Cey Cey Okoça (hücumçu, Nigeriya).
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun