Futbol yarışı zamanı insanları ildırım vurdu: Ölənlər və yaralananlar var
Yaponiyanın Miyadzaki şəhərində Sangyo-keyey Universitetinin ərazisinə ildırım düşməsi nəticəsində iki tələbə ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.
meqale.com oxuya istinadən bildirir ki, hadisə təhsil müəssisəsinin stadionunda tələbələr arasında futbol yarışı keçirilən zaman baş verib.
"Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkənləri xəstəxanaya çatdırıblar, iki nəfərin ürəyi dayanıb", - deyə məlumatda bildirilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun