Futbolçuları aldadan Erzanın məhkəməsi təxirə salındı
Futbolçulardan gəlir əldə etmək adı ilə böyük məbləğdə pullar almaqla gündəmə gələn keçmiş bank işçisi Seçil Erzanın və 6 şübhəlinin məhkəməsi təxirə salınıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, məlumat Türkiyə mətbuatında yayılıb.
ƏtraflMəhkəmə sədri bildirib ki, iclas çox uzanıb və şahidlərin dinlənilməsi, şikayətçilərin ifadələrinin alınması üçün iclas yanvarın 15-ə salınıb.
Xatırladaq ki, Seçil Erzan aralarında Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və Selçuk İnan kimi məşhur adların da olduğu 21 nəfəri aldatması iddiası ilə mühakimə olunur.