Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət alıb
Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com "Report"a istinadən bildirir ki, 2011-ci il təvəllüdlü Quluzadə Səid Səyyad oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.
Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.