Füzulidə firavan yaşamaq istəyirik – Füzuli sakini

Məcburi köçkün düşməmişdən öncəki kimi Füzulidə firavan yaşamaq istəyirik.

Füzulidə firavan yaşamaq istəyirik – Füzuli sakini
Məcburi köçkün düşməmişdən öncəki kimi Füzulidə firavan yaşamaq istəyirik.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Nəsirova Güldəstə deyib.

Onun sözlərinə görə, 1993-cü ilədək Füzulidə yaxşı şəraitdə yaşayıb. Lakin ermənilərin hücumları nəticəsində Füzulini tərk etmək məcburiyyətində qalıb.

"İndi isə 85 yaşımda sevinə-sevinə öz yurduma qayıdıram. Allah Prezidentimizi var eləsin ki, onun rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərmizə can-sağlığı versin", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.