Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi aşkarlanıb - Nevroloqdan tövsiyələr
Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir.
meqale.com xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı nevroloq Stella Maris Valensi açıqlama verib.
Onun sözlərinə görə, belə halların əsas səbəblərindən biri ağır stress və sinir gərginliyidir.
Mütəxəssis bildirir ki, stres yuxu üçün həyati əhəmiyyət daşıyan hormonların səviyyəsini azaldır və bu, kabusların yaranmasına və yuxunun tez-tez bölünməsinə səbəb olur. Valensinin sözlərinə görə, yuxu pozuntuları yalnız psixoloji deyil, fiziki amillərlə də bağlı ola bilər.
Gecə oyanmalarına səbəb ola biləcək fiziki faktorlar:
Tez-tez sidiyə getmək ehtiyacı Yuxu apnesi Turşu reflüsü Qarın bölgəsində artıq çəki Soyuqdəymə və ya qrip Yaşla bağlı dəyişikliklər Otaqda narahat temperatur
Yuxu keyfiyyətini artırmaq üçün Valensinin tövsiyələri: Hər gün eyni saatda yatmaq və oyanmaq Yataq otağında rahat temperaturu qorumaq Axşam ağır və yağlı yeməklərdən uzaq durmaq Gün ərzində kifayət qədər fiziki aktivlik Yatmazdan əvvəl telefon və planşet kimi cihazlardan uzaq qalmaq Alkoqoldan tamamilə imtina etmək
Nevroloq qeyd edir ki, bu sadə qaydalara əməl etməklə yuxunun bölünməsinin qarşısını almaq və daha dərin, rahat yuxuya nail olmaq mümkündür.