Gecəyarısı sosial şəbəkədə müəmmalı MESAJ - VİDEO

Sosial şəbəkələrdə qəribə iddialarla çıxış edən şəxsin görüntüləri yayılıb.

Gecəyarısı sosial şəbəkədə müəmmalı MESAJ - VİDEO
Sosial şəbəkələrdə qəribə iddialarla çıxış edən şəxsin görüntüləri yayılıb.

meqale.com oxuya istinadən xəbər verir ki, videogörüntülər sosial şəbəkələrdə izləyicilər arasında narazılıq yaradıb.

Həmin şəxs özünü "Qurban İbn Yəhya" olaraq təqdim edir və Bakıda yaşadığını qeyd edir:

"Buradayam, Azərbaycandayam. Qurban İbn Yəhyayam, təkəm, bir orduyam. And olsun Allaha heç kimdən qorxmuram. Nə oğrudan, nə doğrudan, nə lotudan, nə də başqasından qorxuram".

Qeyd edək ki, videogörüntülərin tam formada paylaşılmadığı da iddia edilir. Sosial şəbəkələrdə çoxsaylı şikayət və narazılıq doğuran videomaterialın hansı məqsədlə lentə alındığını dəqiqləşdirmək üçün məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-nin Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar:

"Yayılan videogörüntü barədə araşdırma aparılır".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun