"Gələcəkdə sərnişinlər üçün müxtəlif güzəştli tarif paketlərinin tətbiqi də nəzərdə tutulur"
Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov meqale.com-a açıqlama verib.
Ekspertin sözlərinə görə, illərdir daşıyıcı şirkətlər mövcud tarifin onların xərclərini ödəmirək zərərlə işlədiklərini bildirirdilər. Onlar qiymətin minimum 1 manatadək artırılmasını tələb edirdilər.
O bildirib ki, dövlət sosial yönümlü siyasətini qoruyaraq qiyməti daha aşağı 0,60 qəpik səviyyəsində saxlayıb. Lakin burada vacib bir məqam var: bu yeni tarif yalnız müasir tələblərə cavab verən, nağdsız ödəniş sisteminə malik və elektriklə işləyən avtobuslara aiddir. Köhnə tipli avtobuslarda isə gedişhaqqı əvvəlki kimi 0,50 qəpik olaraq qalacaq:
"Qiymət dəyişikliyi nəticəsində sərnişinlər daha yüksək keyfiyyətli nəqliyyat xidmətindən yararlana biləcəklər. Bununla yanaşı, gələcəkdə sərnişinlər üçün müxtəlif güzəştli tarif paketlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, təkcə günlük deyil, eyni zamanda həftəlik və aylıq gediş paketləri də təklif olunmalıdır. Bu paketlər vasitəsilə ictimai nəqliyyatdan mütəmadi istifadə edən sərnişinlərə daha sərfəli və fərqləndirilmiş qiymətlər təqdim olunacaq".