Gələn il “Formula 1”in Bakı Qran Prisi bu tarixdə olacaq - FOTO

2025-ci ilin "Formula-1" yarışlarının təqvimi açıqlanıb.

Gələn il “Formula 1”in Bakı Qran Prisi bu tarixdə olacaq - FOTO
2025-ci ilin "Formula-1" yarışlarının təqvimi açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, gələn il yarış 24 Qran-pridən ibarət olacaq.

Bakıdakı yarışın da vaxtı dəqiqləşib. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Ölkəmizdəki yarış turnirin 17-ci mərhələsidir.

75-ci mövsümə martın 14-16-da Avstraliyada start veriləcək.

1. Melburn (Avstraliya) - 16 mart 2. Şanxay (Çin) - 23 mart 3. Suzuka (Yaponiya) - 6 aprel 4. Sakhir (Bəhreyn) - 13 aprel 5. Cedda (Səudiyyə Ərəbistanı) - 20 aprel 6. Mayami (ABŞ) - 14 may 7. Emiliya Romanya (İtaliya) - 18 may 8. Monte Karlo (Monako) - 25 may 9. Barselona (İspaniya) - 1 iyun 10. Monreal (Kanada) - 15 iyun 11. Spilberq (Avstriya) - 29 iyun 12. Silverstoun (Böyük Britaniya) - 6 iyul 13. Spa (Belçika) - 27 iyul 14. Budapeşt (Macarıstan) - 3 avqust 15. Zandvurt (Niderland) - 31 avqust 16. Montsa (İtaliya) - 7 sentyabr 17. Bakı (Azərbaycan) - 21 sentyabr 18. Marina Bay (Sinqapur) - 5 oktyabr 19. Ostin (ABŞ) - 19 oktyabr 20. Mexiko (Meksika) - 26 oktyabr 21. San Paulu (Braziliya) - 9 noyabr 22. Las-Veqas (ABŞ) - 22 noyabr 23 Losail (Qətər) - 30 noyabr 24. Abu-Dabi (BƏƏ) - 7 dekabr

Qeyd edək ki, bu il Bakıdakı yarış sentyabrın 13-15-də baş tutacaq.