“Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər” - VİDEO
Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin qayınanası danışıb.
meqale.com xəbər verir ki, onun sözlərinə görə, gəlininin toya tək getməsi barədə oğluna məlumatlar verilib:
"Yalandan deyiblər ki, guya gəlin uşaqları da qoyub təkbaşına toya gedib. Dedim, ay oğul, sənə yalan deyirlər. Beyninə o qədər girmişdilər ki... Mənim gəlinim aydan arı, sudan durudur. Bir dənə səhvi olmayıb. O qədər beynini doldurmuşdular ki, ancaq deyirdi öldürəcəyəm".