Gəncə Dövlət Filarmoniyasi "Gəncənin gəncləri" layihəsinə start verir - FOTO

Gəncə Dövlət Filarmoniyası 2 fevral - Gənclər Günü ilə bağlı "Gəncənin gəncləri" layihəsinə start verir. Layihənin məqsədi Gəncədə yaşayıb-yaradan gənc istedadların üzə çıxarılmasıdır.

Gəncə Dövlət Filarmoniyasi
Gəncə Dövlət Filarmoniyası 2 fevral - Gənclər Günü ilə bağlı "Gəncənin gəncləri" layihəsinə start verir. Layihənin məqsədi Gəncədə yaşayıb-yaradan gənc istedadların üzə çıxarılmasıdır.

Layihə çərçivəsində keçiriləcək sərgidə gənc rəssamlar, heykəltaraş və fotoqraflar öz əsərlərini nümayiş etdirə bilərlər.

Sərgidə iştirak etmək üçün özünə və istedadına güvənən gənclər şəxsi məlumatlarını və çəkdiyi əsərlərin şəkillərini filarmoniyanın rəsmi instagram səhifəsinə (ganja_philharmonic_hall) göndərə bilərlər. Əsərlər 27 yanvar tarixinədək qəbul olunacaq.

Ətraflı məlumat üçün: 0508733710 nömrəsi ilə əlaqə saxlaya bilərlər