Gəncə hadisələri haqqında film İtaliyada nümayiş olunacaq

Gəncənin “Ağ adamlar production” adlı yaradıcı kollektivinin çəkdiyi film İtaliyada nümayiş olunacaq.

Gəncə hadisələri haqqında film İtaliyada nümayiş olunacaq

Meqale.com xəbər verir ki, film Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə həyata keçirdiyi hücumlar mövzusunda çəkilib. Məqsəd isə xalqımıza qarşı törədilən cinayətin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

“Paralel” adlı film İtaliyada keçirilən “Grifo” adlı qısametrajlı filmlər festivalının final mərhələsinə yüksəlib və tədbir çərçivəsində izləyicilərə nümayiş etdiriləcək.

Filmin rejissoru Asif Mərdanov, rejissor assistenti isə Cəmil Qədimovdur. Operator və montajın icrasını Amin İsgəndərov həyata keçirib. Filmdə baş rolları Talıb Bağırlı, Pərvin Abdullayev, Aygün İbrahimova və Murad İsgəndərli ifa ediblər. Filmin prodüseri Masər Həsənovdur.