Çinli kuryer beş ilə 160 min dollar topladı

Çində kuryer beş il ərzində 1.12 milyon yuan (təxminən 160 000 dollar - red.) pul toplaması ilə gündəmə gəlib.

Çinli kuryer beş ilə 160 min dollar topladı
Çində kuryer beş il ərzində 1.12 milyon yuan (təxminən 160 000 dollar - red.) pul toplaması ilə gündəmə gəlib.

meqale.com oxuya istinadən xəbər verir ki, 25 yaşlı Çjan Syuetsyanq 2020-ci ildə Şanxaya kuryer işləmək üçün gəlib.

"Həftənin yeddi günü, gündə 13 saat işləyirəm. Yatmaq və yeməkdən başqa, qalan vaxtımı müştərilərə yemək çatdırıram", - deyə Çjan bildirib.

Onun iş günü səhər saat 10:40-da başlayır və gecə saat 1-də bitir. O, gündə 8.5 saat yatır. Çinli hər il yalnız Bahar Festivalı zamanı cəmi bir neçə gün məzuniyyətə çıxır.