Gəncədə 4 avtomobil toqquşdu
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "Porsche", "Opel", "VAZ 2107" və "Jeep" markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.