Gəncədə ölümlə nəticələnən hadisə baş verdi
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
meqale.com report.az-a istinadən xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində avtomobil piyada - 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.
Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.