Gəncədə partlayışda ölən şəxs şəhid atası imiş - Yenilənib - təfərrüat

22:33

Gəncədə partlayışda ölən şəxs şəhid atası imiş - Yenilənib - təfərrüat
22:33

Gəncədə baş verən partlayış hadisəsinin detalları məlum olub.

meqale.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 47 yaşlı Asif Tağıyev fərdi yaşayış evinin həyətində mərmi ilə ehtiyatsız davrandığı üçün partlayış baş verib. Nəticədə, ev sahibi həyatını itirib.

"Şəhid atasıdır, oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Metal tullantıları toplayıb satırdı", - mərhumun qardaşı Arif Tağıyev bildirib.

Qeyd edək ki, Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atası olub.

--------- 14:01 Gəncədə sursat partlayıb, ölən var.

Hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, A.Tağıyev mərmini örüş sahəsində qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. ( APA )