Gəncədə torpaq sürüşməsi baş verdi
Gəncədə, çayın kənarında yerləşən yolda təhlükəli vəziyyət yaranıb.
meqale.com oxuya istinadən xəbər verir ki, Gəncə sakinləri bununla bağlı şikayətlərini sosial şəbəkədə paylaşıblar.
Qeyd olunur ki, 3 saylı xəstəxananın yaxınlığındakı avtomobil yolunun asfalt örtüyündə çatlar və qırılmalar əmələ gəlib.
Sakinlərin sözlərinə görə, bu, ətrafdakı evlər üçün də təhlükə yaradır. Onlar torpaq sürüşməsinin baş verməsindən narahat olduqlarını bildiriblər.