Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.

Gəncədə yaşayış binasında yanğın olub
Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.

meqale.com xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğının səbəbi və digər məsələlər araşdırılır.

XXX

Gəncədə yaşayış binasında yanğın başlayıb.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.