Gənclikdə restorandakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

18:29 Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.

Gənclikdə restorandakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
18:29 Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.

meqale.com FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

------------ 15:17 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. ------- 14:55 Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:

"Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək".

-------- 14:44 Gənclikdə "The Mood" restoranı yanır.