General-mayor ilk gündən "öldü" deyilmişdi, sağ olduğu belə ortaya çıxdı - FOTO

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandiri, general-mayor İsmayıl Qaaninin öldüyü ilə bağlı yayılan iddialara son qoyulub.

General-mayor ilk gündən
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandiri, general-mayor İsmayıl Qaaninin öldüyü ilə bağlı yayılan iddialara son qoyulub.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, o, Tehranın İnqilab meydanında keçirilən "qələbə şənlikləri"ndə iştirak edərkən görüntülənib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Qaani 12 günlük fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb. O, İsraillə atəşkəsin əldə edilməsinin ardından təşkil olunan nümayişlərdə iştirak edib, vətəndaşlarla söhbət edib.

Kadrlarda Qaaninin mühafizəçiləri ilə birlikdə meydana daxil olduğu və əhali ilə ünsiyyət qurduğu əks olunub.