General Piriyev vəzifədən niyə azad edildi? - Dosye

Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib.

General Piriyev vəzifədən niyə azad edildi? - Dosye
Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib.

meqale.com axar.az-a istinadən bildirir ki,  Heydər Piriyev 1959-cu ildə Ermənistanın Dağ Borçalının (Kalinino rayonu) Soyuqbulaq kəndində anadan olub.

1974-1976-cı illərdə Bakı şəhərində 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alıb.

1976-1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alan Piriyev 1980-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.

Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilib.

2002-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Universitetinin rəisi təyin edilib.

Heydər Piriyev 2022-ci ilin iyun ayından Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsində çalışırdı.

Heydər Piriyev yaş həddi ilə bağlı təqaüdə göndərilib.