"Gimnastika hamı üçün" üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” turnirinin təntənəli açılışı olub - FOTO

Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında) "Gimnastika hamı üçün" növü üzrə 1-ci Bakı Beynəlxalq "Challenge" turnirinin təntənəli açılışı olub.

Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında) "Gimnastika hamı üçün" növü üzrə 1-ci Bakı Beynəlxalq "Challenge" turnirinin təntənəli açılışı olub.

meqale.com Trend-ə istinadən bildirir ki, əvvəlcə festival iştirakçılarının yürüşü olub. Yürüş "Dəniz mall" ticarət mərkəzinin yaxınlığından başlayıb və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydanda başa çatıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 1-ci Bakı Beynəlxalq "Challenge" turniri iyunun 17 və 18-də Azərbaycanın paytaxtında keçiriləcək.

Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. Festivalın açılışında Avropa Gimnastikasının "Gimnastika hamı üçün" Texniki Komitəsinin prezidenti Xlif Torgeysdottir və Azərbaycan milli komandasının "Gimnastika hamı üçün" növü üzrə baş məşqçisi, Avropa Gimnastikasının "Gimnastika hamı üçün" Texniki Komitəsinin üzvü Ruslan Eyvazov çıxış ediblər, qonaqları və tədbir iştirakçılarını salamlayıblar.

Bildirilib ki, "Gimnastika hamı üçün" növü üzrə beynəlxalq "Challenge" ilk dəfə keçirilir. Burada Azərbaycan, Gürcüstan və Litvanı təmsil edən 46 komandadan 500-ə yaxın idmançı iştirak edir. Vurğulanıb ki, Azərbaycan dövləti idman sahəsinə böyük diqqət və qayğı göstərir.

Daha sonra tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rəsmi açılışdan sonra beynəlxalq "Challenge" iştirakçılarının çıxışları başlayıb. Festivalın keçirildiyi meydan Azərbaycan paytaxtının sakinləri və şəhərin qonaqları üçün maraqlı məkana çevrilib. Çoxsaylı tamaşaçılar komandaların çıxışlarını həvəslə izləyirlər.