"Göygöl" Dövlət Mahni və Rəqs ansambli Özbəkistanin Səmərqənd şəhərində ölkəmizi təmsil edib - FOTO
Özbəkistanın qədim Səmərqənd şəhəri "MDB-nin mədəniyyət paytaxtı" statusunu qəbul edib.
1-6 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərinə statusun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı da iştirak edib. Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin çıxışı böyük maraqla qarşılanıb.