Göygöldə ağır qəza - ölən var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göygöldə ağır qəza - ölən var
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb.

VAZ-2121 ("Niva") avtomobilinin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.