Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Göygöldə qəza olub, xəsarət alanlar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü Qoşqar Məmmədov və 1987-ci il təvəllüdlü Elşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.