Göz altındakı qaralma təhlükə xəbərçisi ola bilər
Gözaltı qara dairələr çox vaxt yorğunluq və ya estetik narahatlıq kimi qəbul edilsə də, bəzən ciddi sağlamlıq problemlərinə işarə edə bilər.
Bu dairələr yuxusuzluq, anemiya, susuzluq, stress və allergiya kimi müxtəlif səbəblərdən yarana bilər. Dəmir çatışmazlığı ilə əlaqəli anemiya qadınlarda daha çox görülür və müalicə edilmədikdə yorğunluq və ürək problemlərinə səbəb ola bilər. Susuzluq böyrəklərin düzgün işləməməsi ilə əlaqədar ola bilər, bu da toksinlərin bədəndən təmizlənməsinə mane olur. Stress isə hormonal balanssızlığa səbəb olaraq dəri sağlamlığını pisləşdirə və gözaltı qaralmalara gətirib çıxara bilər.