Güclü külək çinar ağacını magistral yola aşırıb - VİDEO

Ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində əsən güclü külək nəticəsində 1 ədəd çinar ağacı magistral yola aşaraq nəqliyyatın hərəkətinə maneə yaradıb.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyindən kömək istənilib.

FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri müvafiq vasitələrdən istifadə etməklə irigövdəli ağacı yolun hərəkət hissəsindən götürərək nəqliyyatın sərbəst hərəkətini bərpa ediblər.